
"Araz Naxçıvan" təbii örtüklü meydançalar salacaq ÖZƏL!
- 01 May 2023 15:00
- 716
Xəbər verdiyimiz kimi, Naxçıvan şəhər stadionunun təbii örtüyü süni örtüklə əvəzlənəcək.
Rekord.az xəbər verir ki, "Araz Naxçıvan" rəhbərliyi bununla da Premyer Liqada meydançanı yüklənmədən qorumağı planlaşdırır.
Lakin bununla paralel Naxçıvan klubu iki yeni təbii örtüklü meydança da salmağı düşünür. Bununla bağlı məlumatı saytımıza açıqlamasında komandanın baş məşqçisi Azər Bağırov verib. Onun sözlərinə görə, gələcəkdə Premyer Liqada yerlərini möhkəmləndirəcəkləri halda, əsas stadionun qazonu yenidən sübu uilə əvəzlənəcək.
Anar XANLAROV