"Araz Naxçıvan" Premyer Liqada oynamaqda israrlıdır.

Rekord.az xəbər verir ki, rəhbərlik bunun üçün bəlli büdcə ayırmağı da düşünür.

Lakin bir məsələ var. Bunun üçün onların elitada iştirakına icazə verilməlidir. Yəni rəhbərlik əmin olmalıdır ki, mövsümün sonunda qalib olsalar, Premyer Liqaya lisenziya ala biləcəklər. Hazırda sanki federasiyaya qarşı inamsızlıq var. Saytımıza daxil olan məlumata görə, məhz buna görə, rəhbərlik qış transfer dönəmi üçün böyük vəsait ayırmağı düşünmür. Ola bilsin 1-2 yeni futbolçu alınsın. Amma ümumilikdə qış üçün transferlərə böyük pul xərclənməyəcək. Əgər komandanın  elitada oynayacağı dəqiqləşsə, o zaman yayda "Araz Naxçıvan"da köklü dəyişikliklər olacaq.