“Araz-Naxçıvan” çempion oldu
- 22:00
- 42
Futzal üzrə Azərbaycan Yüksək Liqasında qızıl medalların sahibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, 20-ci turun və mövsümün bağlanış matçında "Neftçi" İdman Klubunu 5:2 hesabı ilə üstələyən "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub.
Bununla da "Araz-Naxçıvan" turnir cədvəlini 52 xalla lider tamamlayaraq Yüksək Liqanı qalib kimi başa vurub. Eyni xala malik "Neftçi" İK isə əlavə göstəricilərə görə mövsümü Naxçıvan kollektivinin ardından ikinci bitirib.
Daha əvvəl "Baku Fire" çempionatın bürünc mükafatına sahib çıxıb.
Bu, "Araz-Naxçıvan"ın Yüksək Liqada 20-ci çempionluğu olub.