
Araz Abdullayevli “Lapi”dən heç-heçə
- 04 Sen 2023 20:28
- 383
Kosovo çempionatında 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevun formasını geyindiyi “Lapi” də matçına çıxıb.
Sözügedən kollektiv 4-cü tur çərçivəsində “Priştina”nı qəbul edib. Qarşılaşma qolsuz bitib - 0:0. Araz görüşün 78-ci dəqiqəsində meydana buraxılıb.
“Lapi” hazırda 7 xalla 4-cü pillədə qərarlaşıb.