
Araz Abdullayev Kipr klubundan ayrıldı
- 06 Yan 2022 13:40
- 494
Azərbaycanlı futbolçu Araz Abdullayev Kiprin "Etnikos" klubu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam veriblər. Axnas klubu Araza təşəkkür edərək uğurlar arzulayıb.
Qeyd edək ki, millimizin yarımmüdafiəçisi yayda "Etnikos"la 1 illik müqavilə imzalamışdı.