“Barselona”nın fransalı futbolçusu Usman Dembele komanda yoldaşı Serxio Aquero ilə vida üçün nəzərdə tutulan mətbuat konfransına qatılmayıb.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi futbolçunun bu davranışından narazı qalıb.

U.Dembelenin hərəkəti hörmətsizlik olaraq qiymətləndirilib.

Qeyd edək ki, S.Aquero səhhətində yaranmış problemlərə görə futbol karyerasını başa vurub.