
Ançelotti onun "Real"dan ayrılacağını açıqladı
- 15 Fev 2022 14:43
- 528
"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçusu Qaret Beylin bu mövsümün sonunda Madrid təmsilçisində ayrılacağını açıqlayıb.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk oyun öncəsi bildirib: "Beylin buradakı müqaviləsini yaxşı şəkildə başa çatdırması lazımdır. Mükəmməl motivasiyada olmasa da, hörmətə layiqdir. O, çox yaxşı peşəkardır. Bugünə kimi heç kimə hörmətsizlik etmədi. Bizimlə birgə bir çox uğura nail oldu".
Qeyd edək ki, Beylin "Real"la müqaviləsi iyunda başa çatır.