"Real"ın baş məşqçisi Karlo Ançelotti DÇ-2022-də azarkeşlik edəcəyi millini açıqlayıb.

Rekord.az "Rai Sport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Kanadanı dəstəkləyəcəyini söyləyib:

“Qarşıdan gələn dünya çempionatında mən Kanadaya köklənəcəyəm. Onlar uzun illərdir ki, turnirdə iştirak etmirlər. Üstəlik, bu, mənim ikinci evimdir. Kanada Futbol Assosiasiyasının prezidenti Abruzzodandır, buna görə də İtaliyada hər kəs Kanadaya köklənib".

Qeyd edək ki, Kanada 36 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Yığma F qrupunda Belçika, Mərakeş və Xorvatiya ilə mübarizə aparacaq.