
Alves niyə "8"-i seçib?
- 18 Noy 2021 14:22
- 659
“Barselona”ya qayıdan Dani Alves forma nömrəsi də seçib.
Rekord.az xəbər verir ki, braziliyalı futbolçu 8 nömrəli formada meydana çıxacaq. O, bu qərarı nəyə görə verdiyini açıqlayıb:
“Andres İnyesta və Xristo Stoiçkov – bu, mənim sizə qarşı olan böyük hörmətimdir. Bu qalib nömrəli formanı geyinməyə mənə icazə verdiyiniz üçün sizə təşəkkür edirəm.
Üstəlik, İspaniyaya gələndə oynadığım ilk klubda - “Sevilya”da da bu nömrəni seçmişdim”.
Alves “Barselona”da 2008-2016-cı illərdə də çıxış edib.