
Almaniyada azarkeşlərin stadiona girişinə qadağa qoyuldu
- 22 Dek 2021 18:19
- 524
Dekabrın 28-dən etibarən Almaniyada bütün idman yarışları tamaşaçıların iştirakı olmadan keçiriləcək.
Rekord.az xəbər verir ki, bu haqda Almaniyanın yeni kansleri Olaf Şolst məlumat verib. Qərar koronavirusun omikron stamının geniş yayılmasına görə verilib.
"Genişmiqyaslı tədbirlər artıq tamaşaçıların iştirakı olmadan keçirilməlidir. Xüsusən bu, futbol oyunlarına aiddir" - deyə o bildirib.