
Almaniya millisinin üzvü rəsmən “İnter”də
- 28 Yan 2022 14:30
- 653
İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “neradzurra” “Atalanta”dan Robin Qosensi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“İnter” Qosens üçün “Atalanta”ya 35 milyon avro ödəyib.
Qosens Almaniya millisinin də üzvüdür.