“Arminiya”nın qapıçısı Stefan Orteqa “Mançester Siti”yə keçəcək.

Rekord.az xəbər verir ki, 29 yaşlı almaniyalı futbolçu İngiltərə klubu ilə müddəti 2025-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayacaq.

Orteqanın iyunun 30-da Bundesliqa klubu ilə müqaviləsi başa çatdığından, o, “Mançester Siti”yə azad agent kimi keçəcək.

Orteqa ötən mövsüm “Arminiya”nın heyətində 35 oyuna çıxıb və 59 qol buraxıb.