
Almaniya klubu iranlı hücumçu transfer etdi
- 23 Yan 2022 12:30
- 490
Rusiyanın “Zenit” klubunun futbolçusu Sərdar Azmun 2022/23 mövsümündən Almaniyanın "Bayer" komandasında çıxış edəcək.
Rekord.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumçu ilə 2027-ci ilədək müqavilə bağlanılıb. İranlı forvard yeni komandasına "Zenit"lə hazırkı sözləşməsi bitdikdən sonra keçəcək.
Sərdar Azmun bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 21 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə verib. O, "Zenit"də 2019-cu ilin yanvarından çıxış edir.