UEFA Gənclər Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ”nin Niderlandda “Alkmaar”la keçirəcəyi cavab oyununun hakimləri məlum olub.

Rekord.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Dario Belə Maryan Tomas və Kruno Sariç köməklik göstərəcək. Dördüncü hakim niderlandlı olacağından, adı hələlik açıqlanmayıb.

Oktyabrın 19-da oynanılacaq “Alkmaar” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Qəbələdəki ilk oyunda Niderland komandası 4:0 hesablı qələbə qazanıb.