Xəbər verdiyimiz kimi, belaruslu mütəxəssis Aleksey Baqa "Sumqayıt"ın yeni baş məşqçisi təyin olunub.

Rekord.az xəbər verir ki, Baqanın yeni iş yerindəki köməkçilərindən biri məlum olub.

Belə ki, Baqa həmyerlisi və həmyaşıdı olan Valeri Tarasenkonu da özü ilə birgə Sumqayıta gətirəcək.

Qeyd edək ki, 2016-cı ildən BATE-nin futbol akademiyasında işə başlayan Valeri 2019-cu ildə əsas komandada Baqanın köməkçisi kimi çalışmağa başlayıb. Daha sonra bu cütlük "Jalgiris" və "Şaxtyor"da da birgə çalışıblar.