
Ake "Mançester Siti"dən ayırılmayacaq
- 26 Dek 2021 13:07
- 569
"Mançester Siti" futbolçusu Natan Ake ilə qış transfer pənəcərəsində yollar ayırmayacaq.
Rekord.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilib ki, niderlandlı müdafiəçi ilə "Nyukasl" və "Vest Hem" maraqlanır. Ancaq buna baxmayaraq, Mançester təmsilçisi 26 yaşlı oyunçunu satmağı düşünmür.
Qeyd edək ki, Akenin "Mançester Siti" ilə müqaviləsi 2025-ci ilin yayı başa çatır.