Akademiya rəhbəri Xəyalın millidən kənar qalmasından danışdı: "Heç vaxt intizamsızlıq etməyib"
- 15:00
- 44
Xəyal Fərzullayevin U-21 millisindən kənar qalması birmənalı qarşılanmadı. Həqiqətən də Premyer Liqada son zamanlar davamlı şans qazanan, özünü yaxşı tərəfdən göstərən birinin kənarda qalması haqlı olaraq söz-söhbətlərə yol açdı. Məsalə burasındadır ki, sonradan "Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılsa da, U-21-in baş. məşqçisi Rəşad Eyyubov yenə Xəyala dəvət göndərmədi və “Neftçi”nin əvəzedici komandasında ehtiyat qapıçı olan 16 yaşlı Nurəziz Əzizovu milliyə cəlb etdi. Baş məşqçinin bu addımı sualları və qaranlıq məqamları daha da artırdı. Ötən gün isə mətbuatda Xəyalın ötən toplanışlar zamanı millinin düşərgəsində intizamsızlıq etdiyi və bu səbəbdən də milliyə dəvət almadığına dair xəbər yayıldı.
Rekord.az isə məsələyə "Sumqayıt" Futbol Akademiyasının rəhbəri Hakan Sünaldan münasibət öyrənib.
Sünal məsələyə bu cür münasibət bildirdi: "Şəxsən məndə bununla bağlı heç bir məlumat yoxdur, siz dediniz, sizdən eşitdim. Mən Xəyalı problemsiz biri kimi tanıyıram. Xəyal bizim əlimizdə böyüyüb, akademiyamızın üzvü olub və şəxsən mən akademiyada olduğu müddətdə bir dəfə də olsun artıq hərəkətini, intizamsızlığını nə görmüşəm, nə də eşitmişəm. Təbii ki, yaş artıqca, futbolçu böyüdükcə xarakterində hansısa dəyişikliklər ola bilər. Bu baxımdan bu günkü durum haqda bir söz deyə bilmərəm. Amma dediyim kimi, mən Xəyalə təmiz uşaq kimi tanıyıram və akademiyada da heç vaxt onunla bağlı problem yaşamamışıq. Həm adam illərdi milli komandanın qapısını qoruyur vı bu günə qədər də heç bir problem yaşamayıb".