Ağsunu təmsil edən "Ağsu City" komandasının "Region Liqası"ndan imtina etmək niyyəti haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, səbəb yerli icra hakimiyyəti tərəfindən komandaya əlavə maliyyə dəstəyinin olmamasıdır.

Lakin son məlumata görə, məsələyə müdaxilə edən AFFA komanda rəhbərliyini fikrindən daşındıra bilib.