
Aftandil Hacıyev onların getməsini istəmir
- 26 Yan 2022 15:00
- 763
Səbail" böyük ehtimalla növbəti mövsümdə də hazırkı büdcə ilə oynayacaq.
Rekord.az xəbər verir ki, indidən bununla bağlı baş məşqçi Aftandil Hacıyevə məlumat verilib və deyilib ki, planlarını buna uyğun qursun.
Baş məşqçi də ilk növbədə hazırkı heyətin əsas üzvlərini saxlamağa çalışır. Əldə etdiyimiz məlumata görə, Hacıyev təcrübəli futbolçular Əfran İsmayılov, Rauf Əliyev və Rahid Əmirquliyevdən komandada qalmalarını və ona kömək etmələrini xahiş edib.