
Afrikada 2021-ci ilin rəmzi komandası
- 23 Dek 2021 20:00
- 732
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci ilin Afrika zonası üzrə rəmzi komandasını açıqlayıb.
Rekord.az xəbər verir ki, rəmzi komandada aşağıdakı oyunçulara yer verilib:
Qapıçı: Eduard Mendi (Seneqal – “Çelsi”);
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş, “İnter/PSJ), Kalidu Kulibali (Seneqal, “Napoli”), Ali Maalul (Tunis, “Əl Əhli”);
Yarımmüdafiəçilər: Amadu Haydara (Mali, “Leypsiq), İdrissa Qeye (Seneqal, PSJ), Frank Kessye (Kot d İuvar, “Milan”);
Hücumçular: Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”), Məhəmməd Salah (Misir, “Liverpul”), Sebastyen Haller (Kot d İuvar, “Ayaks”), Sadio Mane (Seneqal, “Liverpul”).