
Afrika Millətlər kuboku matçından əvvəl milli komandada koronavirus şoku
- 09 Yan 2022 14:30
- 476
Futbol üzrə Seneqal milli komandasının qapıçısı Eduard Mendi (“Çelsi”), müdafiəçi Xalidu Kulibali (“Napoli”) və hücumçu Famara Dedu (“Alanyaspor”) koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Seneqal mətbuatı məlumat yayıb. Hər üç oyunçunun koronavirus testi müsbət çıxıb.
Seneqal yığması Afrika Millətlər kuboku çərçivəsində sabah Zimbabve ilə qarşılaşacaq.