
Afrika Millətlər Kuboku başladı
- 09 Yan 2022 23:01
- 486
Bu gün Afrika Millətlər Kubokuna start verilib.
Rekord.az xəbər verir ki, açılış matçında turnirə ev sahibliyi edən Kamerun millisi Burkina Faso ilə üz-üzə gəlib. Qarşılaşma Kamerun yığmasının 2:1 hesablı qələbəsiylə başa çatıb.
Kamerun - Burkina Faso - 2:1
Qollar: Vinsent Abubakar, 40, 45+3 - Qustavo Sangare, 24
Qeyd edək ki, Afrika Millətlər Kuboku fevralın 6-dək davam edəcək.