Futbol üzrə Afrika Millətlər Kubokuna start verilib. Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turnirin açılış matçında Kamerun və Burkina Faso yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda kamerunlular qələbə qazanan tərəf olub.

Günün digər matçında Efiopiya ilə Kapo Verde yığmaları üz-üzə gəlib. Qarşılaşma Kapo Verdenin qələbəsiylə başa çatıb. Yeri gəlmişkən, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də bu görüşün iştirakçısı olub. Kapo Verdedən olan futbolçu 76-cı dəqiqədə meydana buraxılıb.

Afrika Millətlər Kuboku
A qrupu

9 yanvar

Kamerun – Burkina Faso 2:1
Qol: Abubakar, 40-pen; 45+3 – Sanqare, 24. 

Efiopiya – Kapo Verde 0:1
Qol: Tavares, 45+1.