AFFA-nın "Turan Tovuz"a sponsorluq etmək istəyən şəxslərə yaratdığı maneə haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə analoji maneə "Zaqatala"ya da yaradılır.

Belə ki, bu komandaya da sponsorluq etmək istəyən şəxslər olub. Lakin onlar komandanın birdəfəlik almaq istəyib ki, buna da AFFA razı olmayıb. Federasiya istənilən halda, klubun üzərində federasiyanın nəzarətinin olmasını və AFFA-nı təmsil edən şəxsin klubda rəhbər post tutmasını vacib şərt kimi irəli sürüb. Bu şərt isə heç bir iş adamını qane etmir.