
AFFA “Zaqatala”dan imtina edə bilər
- 20 Yan 2022 12:00
- 775
"Zaqatala"da vəziyyət günü gündən pisləşir.
Rekord.az xəbər verir ki, AFFA bu kluba olan diqqətini və dəstəyini hər mövsüm daha da azaldır.
Təsadüfi deyil ki, əksər hallarda klub prezidenti Musa Qurbanov cibinin pulunu komandaya xərcləyir. Federasiya "Zaqatala" ilə müqayisədə "Kəpəz" və "Turan Tovuz"a daha çox diqqət ayırır. Hətta saytımıza daxil olan son məlumata görə, növbəti mövsümdən "Zaqatala"dan imtina da edə bilər. Hər şey büdcənin durumundan asılı olacaq. Çünki federasiya I Divizionda islahatlar aparıb "Region Liqası"ndan bəzi komandaları I Diviziona gətirmək istəyir.
Maraq üçün qeyd edək ki, "Zaqatala"nın təmsilçisi məhz elə AFFA-dır.