Xəbər verdiyimiz kimi, Zaqatala stadionunun süni örtüyü istismar müddətini çoxdan başa vurub. Bundan başqa, arenanın daxilində və xaricində də ciddi yenidənqurma işlərinə ehtiyac var.

Rekord.az xəbər verir ki, AFFA bu məsələdə zaqatalalılara kömək edəcəyinə söz verib.

Stadion olimpiya idman kompleksimə aid olduğu üçün gənclər və idman nazirliyinin balansındadır. Buna görə AFFA özü birbaşa təmirdə iştirak etməyəcək. Lakin ən azı qazonun dəyişdirilməsi üçün nazirliyə müraciət edəcək.