Xəbər verdiyimiz kimi, AFFA veteran futbolçu Vəli Qasımova “Keşlə”də idman direktoru postunu tapşırıb. Hansı ki, Ramiz Məmmədovun gedişindən sonra boş qalmışdı.

 

Lakin Rekord.az xəbər verir ki, əslində federasiya bu təyinatı Şamaxı üçün fikirləşib.

 

Məlum olduğu kimi, “Keşlə” növbəti mövsümdən Şamaxıya köçəcək və bu rayonu təmsil edəcək. AFFA sözügedən rayonda uşaq futbolunu məhz Qasımova tapşırmaq istəyir. Yəni sabiq “Betis”li “Şamaxı”nın futbol akademiyasına rəhbərlik edəcək