“Neftçi”nin sabiq baş məşqçisi Vəli Qasımovun işsiz günləri başa çatır.

Rekord.az xəbər verir ki, AFFA rəhbərliyi futbol veteranına “Keşlə”də iş verməyə hazırlaşır.

Hələlik Qasımovun klubda hansı vəzifəni tutacağı müəyyənləşməyib. O, ya baş məşqçi postunda Sənan Qurbanovu əvəzləyəcək, ya da idman direktoru olacaq.

Yekun qərar klubun bu yaxınlarda keçiriləcək Müşahidə Şurasının iclasında veriləcək. (sportlife.az)