Xəbər verdiyimiz kimi, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Sumqayıtda Estoniyanı qəbul edəcək.

Lakin Rekord.az xəbər verir ki, Estoniya ilə oyunun əvvəlcədən Qəbələdə keçirilməsi nəzərdə tutulmuşdu.

 

Lakin AFFA sonradan oyunun yerini dəyişdirərək Sumqayıta təyin edib. U-21-in məşqçisi Elbrus Məmmədov "Futbol plus"a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Bəli, estonları Qəbələdə qonaq etməliydik. Ancaq sonradan hava limanı səbəbindən bu plan baş tutmadı. Düzdü, Qəbələdə də beynəlxalq reysləri qəbul edən hava limanı var, ancaq ordan indi uçuşların olub-olmadığını bilmirəm. Yalnız onu bilirəm ki, hava limanına görə oyun Sumqayıta salındı”.