Xəbər verdiyimiz kimi, “Turan Tovuz” yeni baş məşqçi ilə anlaşmaq üzrədir.

Rekord.az xəbər verir ki, qeyri-adi hadisə baş verməsə, bu post Ayxan Abbasova tapşırılacaq.

Mətbuatda gedən məlumatlarda bu siyahıda Əsgər Abdullayevin də adı çəkilib. Lakin əldə etdiyimiz məlumata görə, AFFA Tovuz klubuna Əsgər Abdullayevin namizədliyini məsləhət görməyib və daha gənc məşqçinin üzərində dayanmağı tövsiyyə edib.

Qeyd edək ki, son illərdə, ümumiyyətlə, 50 yaş və 50 yaş üzərində olan məşqçilərin işsiz qalması diqqət çəkir. Sanki məqsədli şəkildə bütün klublarfa və yığmalara ancaq gənc məşqçilər təyin olunur.