
AFFA təklif etsə, Qurban Qurbanov yenidən milliyə qayıdarmı? VİDEO
- 10 Yan 2022 10:25
- 754
"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.
Rekord.az xəbər verir ki, tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olub.
2017-2018-ci illərdə millini çalışdırmış mütəxəssis yenidən bu posta mümkün qayıdışı barədə fikirlərini söyləyib.
Bütün ictimaiyyətin onun ölkənin əsas komandasına dönüşünü gözlədiyini bilən Qurbanov hazırda bu barədə düşünmədiyini söyləyib.
O, AFFA-dan belə bir təklif gözləmədiyini də qeyd edib.