"Sumqayıt"ın maddi cəhətdən sıxıntı çəkməsinin əsas günahkarlarından biri də AFFA-dır.

Rekord.az-a daxil olan məlumata görə, komanda avrokuboklarda iştirak üçün UEFA-dan 450 min avro pul almalı idi.

Daha doğrusu, UEFA həmin pulu AFFA-nın hesabına köçürdüb. AFFA isə bu puldan Sumqayıt təmsilçisinə 1 qəpik də verməyib. Federasiyanın nəzarətində olduğu üçün təbii ki, klub da bu duruma görə cınqırını çıxarda bilməyib.