"Səbail" qış təlim-məşq toplanışına start verib. Aftandil Hacıyevin rəhbərlik etdiyi komanda hazırlığa "ASCO Arena"da başlayıb.

Rekord.az xəbər verir ki, Bayıl təmsilçisi 10 yanvar tarixindən etibarən isə məşqlər "Dalğa Arena"da davam etdiriləcək.

Bayıl təmsilçisi fasilə bitənədək Azərbaycandan kənara çıxmayacaq. "Dənizçilər" bu müddətdə respublikanın hüdudlarına, heç Bakının həndəvərinə də ayaq basa bilməyəcək.

Klub rəhbərliyi maliyyə çatışmazlığını əsas gətirərək, Antalya səfərinə "yox" deyib. "Dalğa Arena"da keçiriləcək təlim-məşq toplanışının xərcini isə AFFA çəkəcək.