
AFFA "Şahdağ"ın adını dəyişmir
- 27 Dek 2021 14:00
- 978
Xəbər verdiyimiz kimi, "Region Liqası"nda çıxış edən Qubanın "Şahdağ" komandası adını dəyişərək "Uğur" olmağa qərar vermişdi. Bununla bağlı AFFA-ya da müraciət olunmuşdu.
Lakin Rekord.az xəbər verir ki, AFFA hələ ki, bu müraciəti müsbət cavablandırmayıb.
Yəni "Şahdağ"ın "Uğur" olmasına rəsmi razılıq verilməyib. Federasiya Quba təmsilçisinin prezidenti Xanbaba Daşlıdan bu addımı əsaslandırmağı tələb edir. Yəni ortaya tutarlı arqument qoyulmalıdır. Əks halda, ad dəyişikliyi mümkün olmayacaq.