
AFFA rəsmisi “Zenit” - “Çelsi” oyununa təyinat aldı
- 29 Noy 2021 16:15
- 478
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) oyununda UEFA nümayəndəsi olacaq.
Sözügedən matç dekabrın 8-də Rusiyanın Sankt-Peterburq şəhərindəki “Qazprom Arena”da baş tutacaq.