AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.

Rekord.az xəbər verir ki, avstriyalı funksioner UEFA Çempionlar Liqasında qrup mərhələsinin “Şerif” (Moldova) - “Real” (İspaniya) oyununun hakim-inspektoru olacaq.

Görüş noyabrın 25-də Tiraspol şəhərindəki “Şerif” stadionunda keçiriləcək.