
AFFA rəsmisi “Qalatasaray”ın oyununa təyinat aldı
- 14 Sen 2023 14:00
- 383
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Rekord.az xəbər verir ki, UEFA Gənclər Liqasının qrup mərhələsinın 1-ci turu çərçivəsində sentyabrın 20-də, İstanbulda keçiriləcək “Qalatasaray” (Türkiyə) – "Kopenhagen" (Danimarka) oyununun UEFA nümayəndəsi Emin Cəfərov olacaq.