
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı
- 07 İyl 2023 14:30
- 296
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Maltada "Baltsan" və Sloveniyanın “Domjale” komandaları arasında keçiriləcək Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 18-də baş tutacaq.