AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Rekord.az xəbər verir ki, o, Gürcüstanda “Torpedo" ilə Bosniya və Herseqovinanın "Sarayevo" komandaları arasında oynanılacaq Konfrans Liqasının I təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, iyulun 13-də Kutaisidə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.