“Neftçi” Eddi İsrafilovun ardından daha bir sabiq milli üzvü ilə danışıqlara başlaya bilər.

Rekord.az xəbər verir ki, AFFA “Şalke-2”dəki durumundan narazı olan Rüfət Dadaşova “Neftçi”yə keçməyi təklif edib.

“Neftçi” rəhbərıliyinə də bu haqda məlumat verilib və təbii ki, federasiyadan tövsiyyə olunan futbolçuya “ağ qaralar” “yox” deyə bilməz. Sadəcə, Dadaşov özü hələlik məsələ ilə bağlı yekun sözünü deməyib.