
AFFA ona da iş söz verib ÖZƏL!
- 02 Fev 2022 15:00
- 868
Vaqif Cavadovu "Sumqayıt"da işlə təmin edən AFFA daha bir veteran futbolçuya iş söz verib.
Rekord.az xəbər verir ki, söhbət Rail Məlikobdan gedir.
Cari mövsümə "Keşlə"də başlayan Məlikov demək olar ki, karyerasını bitirib. Hazırda B kateqoriyalı məşqçilik kurslarına qatılan sabiq milli üzvü növbəti mövsümdən məşqçiliyə başlamağı düşünür. Artıq Elxan Məmmədovla da görüşən Məlikova federasiyadan işlə bağlı vəd verilib. Həmin işin millidı, yoxsa klublardan birində olacağı isə dəqiqləşməyib.