AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov U-19-un keçmiş baş məşqçisi Samir Əliyevlə görüşüb.

Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a federasiyadan məlumat verilib.

Qeyd olunub ki, görüşdə gələcək əməkdaşlığın perspektivi müzakirə olunub. E.Məmmədov gənc mütəxəssisi müjdələyib, onu yeni işə keçəcəyi ilə bağlı bilgiləndirib.

Bildirib ki, AVRO-2023-ün seçmə mərhələsi başa çatandan sonra U-21-in sükanı arxasında dəyişiklik baş verəcək.

Qurumun rəhbəri Milan Obradoviçlə müqavilənin üçüncü müddətə uzadılmayacağını söyləyib və Samir Əliyevə tapşırıb ki, bundan irəl gələn hazırlıq işlərini görsünq, yəni indidən seleksiya fəaliyyətinə başlasın.