
AFFA Novruz Əzimova da iş verdi
- 19 Noy 2021 13:00
- 685
AFFA “Bakı”nın sabiq baş məşqçisi Novruz Əzimovu yeni işlə təmin edib.
Rekord.az xəbər verir ki, federasiya “Neftçi”nin veteranını “Turan Tovuz”a göndərib.
O, I Divizionda mübarizə aparan qərb klubunun Müşahidə Şurasında (MŞ) yer alıb. AFFA daha əvvəl Əfqan Talıbovu “Turan”da yerləşdirib.
Vaxtilə o da Əzimov kimi Nazim Süleymanovun yaratdığı Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının aparıcı şəxslərindən biri idi.
Indi isə hər iki sabiq futbolçu Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayyevin rəhbəri olduğu “Turan”ın xidmətindədir. (sportinfo.az)