"Neftçi"nin Sezar Meza Kollini transfer etməsi ilə bağlı maraqlı məlumat əldə etmişik.

Rekord.az-a daxil olan məlumata görə, "ağ qaralar"ın rəhbərliyi paraqvaylını transfer edərkən AFFA-nın vədinə aldanıb.

Belə ki, federasiyadan "Neftçi" rəhbərliyini arxayın ediblər ki, Meza Kolli yaxın zamanlarda milliləşdiriləcək və bununla da "Neftçi" qabağa düşəcək. Çünki Meza Kolli yerli futbolçu statusu daşıyacaq ki, bu da Samir Abasova əlavə bir legioner futbolçunun xidmətindən istifadə imkanı verəcək. Lakin "Neftçi" Meza Kollini transfer etdikdən sonra onun milliləşdirilməsi məsələsi gündəmdən düşüb. Yəni AFFA qərarını dəyişib. Arada itirən isə "Neftçi" olub. Samir Abasovun son zamanlar milliləşdirilmiş futbolçular baxımından "Qarabağ"a uduzmalarını qabartması da təsadüfi deyil.