Dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilmişdi.

Həmin toplantıda 9 qərar qəbul olunmuşdu ki, onlardan biri də torpaq satışı ilə bağlı idi.

Belə ki, İcraiyyə Komitəsi “Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsinin satışa çıxarılmasına dair qərar qəbul etmişdi.

Üstündən 1 ay keçməsinə baxmayaraq, həmin torpaq sahibi artıq yeni sahibini tapıb. Əldə etdiyimiz bilgiyə görə, boş ərazini yaxınlıqdakı istirahət mərkəzlərindən birinin sahibi satın alıb.

Rekord.az xəbər verir ki, sportinfo.az assosiasiyanın satışdan nə qədər qazandığını da öyrənib. Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi əraziyə baxış keçirdikdən sonra boş torpaq sahəsinə minimal 51 min manat qiymət qoyub.

Yəni satışı həyata keçirmək azı bu qiymətə mümkün olub. AFFA isə quruma məxsus olan torpaq sahəsini 70 min manata satıb.

Sözügedən ərazi “Dalğa Arena”nın arxa tərəfində yerləşir.