Apellyasiya Arbitraj Tribunalı “Lion” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarlarını açıqlayıb.

Rekord.az həmin qərarları nəzərinizə çatdırır:

1. “Lion” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. Xəlilov İlqar Sahib oğlu "Lion" Futbol Klubu işi üzrə Oyunçuların Statusu və Transferi Komitəsinin 4 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin.
3. İş yenidən baxılması üçün Oyunçuların Statusu və Transferi Komitəsinə göndərilsin.
4. Apellyasiya şikayəti qalan hissədə baxılmamış saxlanılsın.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq iş üzrə tərəflərə göndərilsin.