
AFFA “Kəpəz”i Premyer Liqaya gətirmək üçün icra hakimiyyəti ilə danışıqlara başladı
- 20 Noy 2021 12:00
- 610
AFFA növbəti mövsümdən Premyer Liqada çıxış edən klublar sayını 10-a çatdırmaq istəyir.
Rekord.az xəbər verir ki, elitaya gətiriləcək klublardan birinin “Kəpəz” olacağı deyilir.
Saytımıza daxil olan məlumata görə, bu yaxınlarda Gəncədə səfərdə olan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncənin icra başçısı Nizami Bayramovla da görüşüb və bu məsələni müzakirə edib. Məmmədov şəhər rəhbərliyinin də köməyinin vacib olduğunu vurğulayıb. Həm maddi, həm də infrastruktur baxımından. Şəhər rəhbərliyi də öz növbəsində komandaya bacardıqları köməyi etməyə hazır olduqlarını bildiriblər və onlarda yaxınlarda məsələ ilə bağlı öz aralarında müzakirələr aparacaqlar.