AFFA hakimləri bu qış da ölkə xaricinə toplanışa aparmayacaq.

Rekord.az xəbər verir ki, bunun üçün maliyyə ayırılması nəzərdə tutulmayıb.

Əvəzində ədalət təsilçilərinin Qəbələdə 10 günlük toplanış keçməsi variantı nəzərdən keçirilir. Sadəcə, məsələ ondadır ki, AFFA Qəbələdəki stadiondan təmənnasız istifadə etmək istəyir. Otelə pul veriləcək, lakin stadion baxımından federasiya klubdan güzəşt gözləyir. Kluba ayrlan maddi dəstək qarşılığında. Məsələ ilə bağlı dəqiq qərar dekabrın 15-dən sonra veriləcək. Qəbələ variantı alınmasa ən pis halda, "Dalğa Arena"da toplanış nəzərdə tutulub.