AFFA bundan sonra Gəncə stadionu ilə bağlı məsələlərə qarışmayacaq.

Rekord.az-a daxil olan məlumata görə, federasiya bu məsələdə son sözünü deyib: AFFA Gəncə stadionunu o zaman əsaslı təmir edə bilər ki, stadion tamamilə federasiyanın balansına verilsin.

Əksə halda, AFFA tərəfindən əsas stadiona vəsait ayırılmayacaq.

Qeyd edək ki, Gəncə şəhər stadion idman və gənclər nazirliyinin balansındadır. Nazirlik isə stadionu AFFA-ya vermək istəmir.