
AFFA Frits Stuxliklə vidalaşdı
- 24 İyn 2022 10:59
- 524
AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq.
Rekord.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2018-ci il sentyabrın 14-dən etibarən Hakimlər Komitəsinin sədri vəzifəsində çalışmış Frits Stuxlikə fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.